Roma Papası XIV Lev ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib. Bu barədə Vatican News məlumat yayıb. Bundan əvvəl Tramp siyasətinə qarşı çıxan pontifikə ehtiyacı olmadığını bildirmişdi. Buna cavab olaraq Katolik Kilsəsinin rəhbəri əsas missiyasının İncilin yayılması və sülhün təbliği olduğunu vurğulayıb. Katolik Kilsəsinin missiyası İncilin təbliği və sülhü yaymaqdır. Əgər kimsə buna görə məni tənqid etmək istəyirsə, qoy bunu dürüst şəkildə etsin. Mən sadəcə eşidiləcəyimə ümid edirəm, — deyə pontifik bildirib. Donald Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, özü Ağ Evdə olmasaydı, XIV Lev Vatikanın rəhbəri olmazdı. ABŞ liderinin bu açıqlamaları bir sıra siyasətçilər tərəfindən tənqid olunub. Bundan sonra Tramp ona qarşı çıxanları dəstəksiz qoyacağı ilə hədələyib. Roma Papası isə ABŞ-ın İranla bağlı addımlarını tənqid edərək İran xalqına qarşı təhdidlərin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, hökmranlıq arzusu İsa Məsihin yoluna uyğun deyil.
Roma Papası Trampa cavab verdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

