ABŞ dövlət katibi Marko Rubio Vatikan şəhərində Roma Papası Pope Leo XIV XIV Leo ilə görüş keçirib.
Görüş İran müharibəsi fonunda ABŞ prezidenti Donald Trampla Papa arasında yaranan gərginlikdən sonra baş tutub.

Bu, təxminən bir ildən sonra Katolik Kilsəsinin rəhbəri ilə Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsi arasında keçirilən ilk təmas olub.
Marko Rubionun korteji ciddi təhlükəsizlik tədbirləri altında Romanın mərkəzi küçələrindən keçərək yerli vaxtla saat 12:10-da Vatikana çatıb.
Mətbuata qapalı keçirilən görüş təxminən yarım saat davam edib.
Məlumata görə, Rubio daha sonra Vatikanın yüksək səviyyəli diplomatı kardinal Pietro Parolin ilə də görüşəcək.

Tramp Papa XIV Leoya sərt reaksiya vermişdi
ABŞ tarixində ilk amerikalı papa olan XIV Leo İran müharibəsi və Tramp administrasiyasının sərt miqrasiya siyasəti ilə bağlı tənqidi mövqeyi səbəbindən Ağ evin narazılığı ilə üzləşmişdi.
Donald Tramp dünən jurnalistlərin “Papaya mesajınız varmı?” sualına belə cavab verib:
Görünür, o düşünür ki, İran nüvə silahına sahib ola bilər. Mən isə deyirəm ki, ola bilməz. Çünki bu baş versə, bütün dünya girov vəziyyətinə düşər. Buna icazə verməyəcəyik.
ABŞ prezidenti bundan əvvəl də İran məsələsinə münasibətinə görə XIV Leonu tənqid etmişdi.

