SpaceX-in qurucusu İlon Mask ABŞ-a loyal olmadığını göstərən şəxslərin dərhal ölkədən çıxarılmasına çağırıb.
O, bu barədə X sosial şəbəkəsində yazıb.
Mask belə şəxsləri “xain” adlandıraraq onların yalnız nifrətə layiq olduğunu bildirib.
“Amerikanı sevməyən hər kəs xaindir və yalnız nifrətə layiqdir. Amerikanı sevməyən, loyal olmadığını göstərən şəxslər dərhal ölkədən çıxarılmalıdır”, — deyə Mask qeyd edib.
Məlumata görə, SpaceX-in qurucusu və X platformasının sahibi bu sərt fikirləri “Amerikanı sevmək normaldır” yazan istifadəçinin paylaşımına cavab olaraq səsləndirib.
Mask həmin fikirlə razılaşıb, lakin mövqeyini daha da sərtləşdirərək loyal olmayan şəxslərin deportasiya edilməsinə çağırıb.

