Amerikalı iş adamı İlon Mask sərvəti 1 trilyon dollara çatan tarixdə ilk insan olub.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, iş adamının kapitalının artması SpaceX şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi ilə bağlıdır.
Şirkət bir gün əvvəl IPO parametrlərini açıqlayıb. SpaceX hər birinin qiyməti 135 dollar olan 555 555 555 səhm yerləşdirib. Yerləşdirmə zamanı şirkət rekord həcmdə — 75 milyard dollar cəlb etməyi planlaşdırıb.
SpaceX səhmlərinin ticarətinə 12 iyun tarixində Nasdaq elektron birjasında SPCX tikeri ilə başlanılıb.
Qeyd edək ki, SpaceX dünyanın ən böyük özəl kosmik şirkətlərindən biridir. Şirkət raket daşıyıcılarının, kosmik gəmilərin və peyk rabitə sistemlərinin hazırlanması ilə məşğuldur.

