ABŞ-də 30 yaşdan yuxarı hərbçilərin testosteron səviyyəsi hər il yoxlanılacaq.
Bu barədə ABŞ müdafiə naziri Pit Heqset “X” sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.
Pentaqon rəhbərinin sözlərinə görə, testosteron çatışmazlığının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan yeni skrininq proqramı hərbçilərin fiziki imkanlarından maksimum səviyyədə istifadə edə bilməsi üçün hormon göstəricilərinin normada olub-olmadığını yoxlamağa xidmət edəcək.
Bu səbəbdən 30 yaşdan yuxarı hərbi qulluqçular hər il testosteron testindən keçəcəklər.
Heqset əlavə edib ki, müayinə nəticəsində hərbçiyə müalicə təyin olunarsa, testosteron əvəzedici terapiyasına başlayıb-başlamamaq qərarını hərbçilər özləri verəcəklər.

