ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, İrana qarşı mümkün hərbi əməliyyatlar üçün Vaşinqtonun çoxsaylı ssenariləri mövcuddur.
Onun sözlərinə görə, İran tərəfi hesab edir ki, ABŞ-ın respublikaya qarşı hücum üçün ən azı 15 müxtəlif variantı var və bu qiymətləndirmə reallığa yaxındır.
“Bəli, belədir. Zərurət yaranarsa, bu variantları prezidentin tapşırığı ilə həyata keçirə bilərik. Amma ola bilər ki, buna ehtiyac qalmasın”.
Heqset qeyd edib ki, ABŞ-ın hərbi planları yalnız quru əməliyyatı ilə məhdudlaşmır və alternativ ssenarilər də nəzərdən keçirilir.

