ABŞ Müdafiə naziri Pit Heqset bildirib ki, İranla əldə olunmuş atəşkəs razılaşması hələ də qüvvədədir və davam edir. Hazırda atəşkəs qorunur və bitməyib, deyə Heqset mətbuat konfransında vurğulayıb. O qeyd edib ki, Hörmüz boğazından kommersiya gəmilərinin keçidini təmin edən “Azadlıq” əməliyyatı ayrıca və müstəqil xarakter daşıyır. Nazirin sözlərinə görə, əməliyyatın əvvəlində müəyyən gərginlik gözlənilirdi və bu baş verib. ABŞ tərəfi özünü qəti şəkildə müdafiə etdiyini də bildirib. Pit Heqset əlavə edib ki, İran ABŞ-ın bu missiyanı davam etdirməkdə qərarlı olduğunu anlayır. O həmçinin vurğulayıb ki, atəşkəsin taleyi ilə bağlı yekun qərarı ABŞ prezidenti verəcək və Vaşinqton Tehrana ehtiyatlı davranmağı tövsiyə edir.
ABŞ Müdafiə naziri atəşkəslə bağlı son durumu açıqladı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

