ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM “X” sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ qüvvələri İrana qarşı ardıcıl yeddinci gecə həyata keçirilən zərbələri başa çatdırıb”, – deyə komandanlığın açıqlamasında bildirilib.
Məlumata görə, əməliyyat Bakı vaxtı ilə 05:30-da yekunlaşıb.
CENTCOM zərbələrin müşahidə obyektlərinə, hərbi-logistika infrastrukturuna və yeraltı silah anbarlarına endirildiyini açıqlayıb.
Əməliyyatda qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və hərbi gəmilərdən istifadə olunub.

