ABŞ ordusu İrana qarşı zərbələrin növbəti mərhələsinə başlayıb. Hücumlar ardıcıl yeddinci gecədir davam edir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM məlumat yayıb.
“CENTCOM bu gün ABŞ-nin şərq sahili vaxtı ilə saat 15:00-da, Bakı vaxtı ilə saat 23:00-da İrana qarşı yeni zərbələr mərhələsinə başlayıb. Hücumların məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir”, – komandanlığın “X” sosial şəbəkəsindəki açıqlamasında bildirilib. Zərbələrin yeddinci gecə də davam etdiyi digər beynəlxalq mənbələr tərəfindən də təsdiqlənib.
İranın dövlət teleradio şirkətinin məlumatına görə, ölkənin cənubundakı Sirik şəhərində üç partlayış səsi eşidilib.
Hücumların hansı obyektləri hədəf aldığı və partlayışların nəticələri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

