Süni intellektdən istifadənin artması, imtahan suallarının sızdırılması və rəqəmsal yoxlama zamanı yol verilən səhvlər Meksika, Hindistan və Portuqaliyada etirazlara səbəb olub. Bu barədə The Guardian məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, tələbələr süni intellektdən, o cümlədən imtahanlarda köçürmək üçün istifadə edirlər.
Meksikada təxminən 58 min abituriyentdən qəbul imtahanını yenidən vermək tələb olunub. Buna səbəb distant testlərdə qeydə alınan qeyri-adi yüksək nəticələr və genişmiqyaslı saxtakarlıq şübhələri olub. Mexikoda Meksika Milli Muxtar Universitetinin (UNAM) yüzlərlə abituriyenti yenidən imtahan keçirilməsinə etiraz olaraq küçələrə çıxıb.
Hindistanda isə imtahan suallarının sızdırılması ilə bağlı qalmaqal milyonlarla tələbəyə təsir edib və kütləvi iğtişaşlara səbəb olub. Hadisələrdən sonra təhsil naziri Dharmendra Pradhan istefa verib.

