ABŞ-nin Anthropic şirkəti özünün süni intellekt modeli Claudea icazəsiz giriş əldə etməyə yönəlmiş cəhdlərin olduğunu açıqlayıb.
Bu barədə Bloomberg şirkətin ABŞ senatorlarına və Ağ Ev rəsmilərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Anthropic-in iddiasına görə, bu kampaniyada Alibaba Group strukturuna daxil olan Qwen süni intellekt laboratoriyası ilə əlaqəli operatorlar iştirak edib.
Şirkətin məktubunda bildirilir ki, hədəf Claude modelinin ən dəyərli imkanları, o cümlədən proqram təminatı hazırlanması və agent əsaslı düşünmə funksiyaları olub.
Sənəddə təxminən 25 min saxta hesabdan istifadə edildiyi qeyd olunur. Anthropic-in versiyasına görə, həmin profillər aprel-iyun ayları arasında Claude ilə qarşılıqlı əlaqədə olub.
Hadisə süni intellekt modelləri ətrafında təhlükəsizlik, rəqabət və texnoloji casusluq risklərini yenidən gündəmə gətirib.

