ABŞ-ın xarici şirkətlərin Anthropic-in ən yeni süni intellekt modellərinə çıxışını qadağan etməsi bir neçə güclü süni intellekt alətindən həddindən artıq asılılığın risklərini yenidən gündəmə gətirib.
Bloomberg-in məlumatına görə, bu barədə Kanadanın Baş naziri Mark Karni xəbərdarlıq edib.
“Mythos və Fable ilə bağlı hazırda düşdüyümüz vəziyyət, müəyyən modellərə həddindən artıq güvənəcəyimiz təqdirdə yenidən təkrarlana bilər”, — deyə Karni bildirib.
Bununla yanaşı, Kanada Baş naziri qeyd edib ki, Kanada və ABŞ arasında süni intellekt sahəsində yaxşı informasiya mübadiləsi qurulub.
Bu arada Politico yazır ki, qadağadan sonra Avropa siyasətçiləri “bir ağızdan” öz süni intellekt modellərinin hazırlanmasını sürətləndirməyə çağırıblar.
Fransanın sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella bildirib ki, öz süni intellekt modellərini “təcili qaydada” inkişaf etdirməyə başlamayan dövlətlər getdikcə digər güclərin qərarlarından daha çox asılı vəziyyətə düşəcəklər.

