İran Qətərin paytaxtı Doha şəhərində üç yaşayış rayonuna mümkün zərbə barədə xəbərdarlıq edib və həmin ərazilərin sakinlərini təcili şəkildə təxliyə olunmağa çağırıb.
Məlumata görə, xəbərdarlıq Fars agentliyi vasitəsilə yayılıb. Bildirilir ki, söhbət Lusail, Əl-Uab və Ayn-Xalid rayonlarından gedir.
“Lusail, Əl-Uab və Ayn-Xalid rayonlarının sakinləri, yaşadığınız ərazilərdə ABŞ Silahlı Qüvvələrinin əsgər və zabitləri yerləşir. Yaxın bir neçə saat ərzində həmin hədəflərə zərbə endirilə bilər. Bu əraziləri mümkün qədər tez tərk edin.”
Xəbərdarlıqda vurğulanır ki, zərbələrin ABŞ hərbçilərinin yerləşdiyi mövqelərə yönəlməsi ehtimal olunur və buna görə də sakinlərin təhlükəsizliyi üçün əraziləri tərk etməsi tövsiyə edilir.

