ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişə fonunda yaxın vaxtlarda müəyyən hadisələrin baş verəcəyini bildirib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tramp baş verə biləcək hadisələrin nədən ibarət olduğunu açıqlamayıb.
“Çox tezliklə İranla bağlı nəyinsə baş verdiyini görəcəksiniz”, — deyə ABŞ prezidenti bildirib. Tramp bundan əlavə hansı addımların atıla biləcəyi və ya vəziyyətdə hansı dəyişikliklərin gözlənildiyi barədə məlumat verməyib. Onun bu sözləri sentyabrın 30-da Ağ Evdə keçirilən tədbirdə səsləndirdiyi təsdiqlənir.

