ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb. O, görüşün BMT Baş Assambleyası çərçivəsində baş tuta biləcəyini bildirib.
Tramp İranla bağlı Vaşinqtonun qarşısında üç variantın olduğunu vurğulayıb:
“İranı tamamilə məhv etmək, iqtisadi cəhətdən çökdürmək və ya razılaşma əldə etmək”.
ABŞ Prezidenti Tehran hakimiyyətinə xəbərdarlıq edərək “Yaxşı olar ki, özlərini ağıllı aparsınlar” deyib və yaxın vaxtlarda böyük hadisələrin baş verəcəyini bildirib.
İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri planlaşdırılır.
ABŞ Pezeşkian və İranın xarici işlər naziri Abbas Əraqçiyə viza verib. Bununla belə, İran nümayəndə heyətinə səfər və müəyyən məhsulların, o cümlədən lüks malların alınması ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq.

