ABŞ Prezidenti Donald Tramp İranla müharibənin onun prezidentlik müddətinin sonunadək davam edəcəyi ehtimalını qəti şəkildə rədd edib.
TASS-ın məlumatına görə, Tramp daha əvvəl ABŞ mediasında yayılan və münaqişənin uzunmüddətli xarakter ala biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
“Xeyr, xeyr, bunun baş verməsi üçün heç bir ehtimal yoxdur”, – ABŞ lideri bildirib.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” Ağ Evdə bəzi yüksəkvəzifəli şəxslərin İranla qarşıdurmanın Trampın prezidentlik müddətinin sonunadək uzana biləcəyi ehtimalını müzakirə etdiyini yazmışdı. Tramp isə müharibənin uzun müddət davam edəcəyi ilə bağlı fikirlərlə razılaşmır.

