ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətdə hərbi gücdən istifadə variantını hələ də nəzərdən keçirdiyini bildirib.
Jurnalistlərin mümkün yeni eskalasiya ilə bağlı sualını cavablandıran Tramp deyib:
"Bizim müvafiq imkanlarımız var və siz bu barədə tezliklə öyrənəcəksiniz".
ABŞ Prezidenti daha əvvəl Truth Social hesabında yazdığı fikirləri də təkrarlayıb. Onun sözlərinə görə, əgər İran ABŞ və İsrailin zərbələri nəticəsində dəymiş ziyana görə kompensasiya tələb edirsə, Vaşinqton da Tehrandan İranın hücumları nəticəsində öldüyünü və ya ağır yaralandığını hesab etdiyi şəxslərə görə təzminat tələb edəcək.
Tramp bu məsələni İranla gələcək danışıqların gündəliyinə daxil etmək niyyətində olduğunu bildirib.

