Əfqanıstanda Taliban administrasiyasında vəzifə tutan Abdullah Sərhədinin qadınlarla bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Haberler.com-un məlumatına görə, məsələ 18 yaşlı qadının həyat yoldaşından boşanmaq üçün yerli hakimiyyət orqanlarına müraciət etməsindən sonra gündəmə gəlib.
Abdullah Sərhədi qadının müraciətini şərh edərkən qadınların qərarvermə və anlama qabiliyyəti barədə fikirlər səsləndirib.
“Qadınların ağlı yoxdur, ağılları qıtdır. Heç nədən başları çıxmır”, – deyə Taliban rəsmisi bildirib.
Məlumata görə, açıqlama Əfqanıstanda qadınların hüquqları və onların üzləşdiyi məhdudiyyətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

