Əfqanıstanın Herat şəhərində geyim qaydalarını pozmaqda şübhəli bilinən qadınların saxlanılması üzrə genişmiqyaslı əməliyyat keçirilib. Bu barədə Afghanistan International məlumat yayıb.
Nəşrin məlumatına görə, reydlərdə “Taliban” hərəkatının nümayəndələri və Əxlaqın Yayılması və Pis Əməllərin Qarşısının Alınması Nazirliyinin əməkdaşları iştirak ediblər.
Bildirilir ki, dəyənəklərlə silahlanmış qüvvələr Almas-Şərq bazarında və Qəsr rayonunda yoxlamalar aparıblar. Şəhərin məhəllələrindən birində 20-dən çox qadın saxlanılıb.
Şahidlərin sözlərinə görə, reydlər zamanı bəzi saxlanılan qadınlar qışqırıb və müqavimət göstərməyə çalışıblar. Bundan sonra küçələrdə insanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Yerli sakinlər bildiriblər ki, reydlər qadınlar arasında gərginlik və təşvişi artırıb. Heratda daha əvvəl də geyim tələblərinə əməl etməyən qadınların dövlət xidmətlərinə çıxışı məhdudlaşdırılmışdı.

