Əfqanıstanın Herat vilayətində qadınların geyiminə qoyulan tələblər sərtləşdirilib, dar geyimlər qadağan olunub.
Bu barədə “Salam Vatandar” radiosu məlumat yayıb.
Bildirilib ki, Əxlaqın təşviqi və pisliyin qarşısının alınması üzrə nazirliyin regional idarəsi yeni qaydalar təsdiqləyib. Qaydalara əsasən qadınların hicabı boş, diqqət çəkməyən və bədəni sıxmayan formada olmalıdır.
“Bu cür geyim şəriət normalarına uyğundur və diqqət cəlb etməməlidir,” — deyə qurumun rəhbəri Əziz Ur-Rəhman Muhacir bildirib.
Onun sözlərinə görə, bu tələblərin tətbiqi izahat işləri vasitəsilə həyata keçiriləcək. Pərəncə, çadra və digər örtüklərin geyilməsi isə yalnız müəyyən edilmiş dini qaydalara uyğun olduğu halda icazəlidir.

