ABŞ-da son 16 ildə ilk dəfə olaraq bir gün ərzində ölüm hökmünə məhkum edilmiş üç nəfər edam olunub.
Associated Press-in məlumatına görə, edamlar Tennessi, Alabama və Oklahoma ştatlarında həyata keçirilib.
Alabamada Ceremi Uilyams barəsində ölüm hökmü icra olunub. O, 2021-ci ildə 5 yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilinmişdi. Edam faktını ştatın baş prokuroru Stiv Marşall təsdiqləyib.
Oklahomada Karlos Kuesta-Rodriges edam edilib. O, 2003-cü ildə Olimpiya Fişer adlı qızın qətlində təqsirli bilinmişdi. Hökmün icra olunduğunu ştatın baş prokuroru Gentner Drammond açıqlayıb.
Tennessidə isə Entoni Darrell Hayns barəsində ölüm hökmü icra olunub. O, 1985-ci ildə bir xadiməni öldürməkdə təqsirli bilinmişdi.

