ABŞ Prezidenti Donald Tramp Yəmənin “Ənsar Allah” hərəkatına – husilərə Səudiyyə Ərəbistanına hücumlarla bağlı sərt xəbərdarlıq edib.
Tramp sosial şəbəkədə bildirib ki, husilərin son hücumlarını unutmayacaq və onların Səudiyyə Ərəbistanına zərbələrinin neft qiymətlərini qəsdən yüksəltmək məqsədi daşıdığını iddia edib.
ABŞ prezidentinin fikrincə, bu addımlar 3 noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində neftin bahalaşmasına hesablanmış ola bilər.
“Mən seçkilərdən sonra da burada olacağam və bunu heç vaxt unutmayacağam”, – deyə Tramp bildirib.
Reuters-in məlumatına görə, Tramp husilərin son vaxtlar Səudiyyə Ərəbistanının infrastrukturuna hücumlarını artırdığını və bunun enerji bazarlarına təsir göstərməyə yönəldiyini iddia edib.

