Yəmənin “Ənsar Allah” hərəkatı – husilər ölkəyə tətbiq olunduğunu bildirdikləri blokada aradan qaldırılanadək Səudiyyə Ərəbistanına qarşı mübarizəni davam etdirəcəklərini açıqlayıblar.
“İzvestiya” qəzetinə danışan hərəkatın siyasi büro üzvü Huzam əl-Əsəd bildirib ki, husilərin mövqeyi müdafiə xarakteri daşıyır və əsas məqsəd Yəmənə qarşı blokadanın aradan qaldırılmasıdır.
“Biz xalqımıza qarşı Səudiyyə blokadasının aradan qaldırılmasına çalışırıq. Bizə qarşı ‘qanuni’ adlandırdığı vasitələrdən məhz Səudiyyə Ərəbistanı istifadə edib və bu, silahlı qüvvələrimizi vətəndaşları müdafiə etməyə məcbur edib”, – əl-Əsəd bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının həyata keçirdiyi hava zərbələrinə cavab olaraq husilər krallıq ərazisindəki obyektlərə zərbələr endirirlər.
Huzam əl-Əsəd vurğulayıb ki, hərəkat Yəmən ərazilərinin azad edilməsi və blokadanın aradan qaldırılması məqsədilə Səudiyyə Ərəbistanına qarşı mübarizəni davam etdirəcək.

