Yəmənin husi hərəkatı Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran hava limanına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiyini bəyan edib.
Hərəkatın rəsmi Telegram kanalında yayılan açıqlamaya görə, hücum PUA vasitəsilə həyata keçirilib.
Husilər bildiriblər ki, zərbə Səudiyyə Ərəbistanının Səədə və Həccə vilayətlərində Yəmənin hava məkanını pilotsuz uçuş aparatları ilə pozmasına cavab olaraq endirilib.
Açıqlamada deyilir:
“Səudiyyə Ərəbistanına xatırladırıq ki, hava məkanımızın hər hansı pozuntusu cavabsız qalmayacaq.”
Hələlik Səudiyyə Ərəbistanı rəsmiləri husilərin bu iddiası ilə bağlı rəsmi açıqlama verməyiblər.

