Amerikalı sahibkar İlon Mask son dərəcə güclü inandırma qabiliyyətinə malik superintellektin çox sayda insanı məğlub edə biləcəyini bildirib. O, özünün də həmin insanlar arasında ola biləcəyini istisna etməyib.
Mask bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Son dərəcə inandırıcı superintellekt çox sayda insanı bir anda məğlub edəcək. Ola bilsin, mən də onların arasında olum”, – deyə sahibkar qeyd edib.
Mask açıqlaması ilə bağlı əlavə təfərrüat paylaşmayıb.

