Amerikalı sahibkar İlon Mask bəşəriyyətin tədricən tam yox olmağa doğru getdiyini bildirib.
O, sosial şəbəkədə Sinqapurun doğum səviyyəsini artırmaq üçün həyata keçirdiyi tədbirlərlə bağlı paylaşımı şərh edərkən bu fikri səsləndirib.
Maskın reaksiya verdiyi paylaşımda qeyd olunub ki, Sinqapurda aşağı doğum göstəriciləri fonunda mənzil şəraitinin yaxşılaşdırılması, məzuniyyət müddətlərinin artırılması və ailələrə maliyyə dəstəyi kimi genişmiqyaslı demoqrafik təşəbbüslər həyata keçirilir.
Məlumata görə, dövlət valideynlərə uşağın doğulduğu andan 17 yaşınadək hər uşaq üçün ümumilikdə 55 min dollardan çox maliyyə dəstəyi verir.
Mask paylaşımı qısa şəkildə belə şərh edib: “İnsanlar yox olur”.

