NATO Kalininqrad vilayətində Rusiya ordusunun potensialını məhv etmək üçün plan hazırlayıb.
Den.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa və Afrikadakı qüvvələrinin komandanı Kristofer Donahyu məlumat verib.
Generalın sözlərinə görə, bu region NATO ölkələri ilə əhatə olunub və lazım gələrsə, Rusiya ordusunun potensial irəliləməsinin qarşısını almaq üçün manevr ediləcək.
Onun sözlərinə görə, alyans üzvləri artıq şərq cinahında quru qoşunlarının sayının artırılması və hərbi blok daxilində kommunikasiyanın qurulması istiqamətində iş aparır.
“Kalininqradın eni təxminən 47 mildir və hər tərəfdən NATOqüvvələri ilə mühasirəyə alınıb. Odur ki, ordu və onun müttəfiqləri Kalininqradı yer üzündən silmək imkanına malikdirlər”, – general vurğulayıb. Globalinfo.az