ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəhbərliyi hələlik nüvə silahının hazırlanmasından rəsmi şəkildə imtina etməyə hazır deyil.
Bu barədə CNN məlumat yayıb.
Trampın sözlərinə görə, Tehran Vaşinqtonla razılaşma əldə etməkdə yüksək maraq nümayiş etdirir. O hesab edir ki, İranın ABŞ-la sazişə daha həvəsli yanaşmasının əsas səbəbi mümkün Amerika hərbi əməliyyatı riskidir.
ABŞ lideri qeyd edib ki, danışıqlara maraq qarşılıqlı olsa da, Vaşinqtonun mövqeyi daha sərtdir və yekun qərar İranın konkret addımlarından asılı olacaq.

