DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Knessetdə çıxışı zamanı bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın əsas obyektlərinə aviazərbələr endirib, bununla da Tehranın nüvə silahı əldə etməsinin qarşısını alıb.
“Biz İranın əsas obyektlərinə 14 bomba atdıq, onları məhv etdik və bununla da terrorizmin əsas sponsorunun nüvə silahı əldə etməsinə mane olduq,” — deyə Tramp bildirib.
Prezidentin sözlərinə görə, bu əməliyyat 22 il ərzində hazırlanıb:
“Pilotlarımız 22 il ərzində İranı izləyirdi və hücumu qüsursuz şəkildə həyata keçirdilər. Əgər nüvə silahı İranın əlində olsaydı, bu gün burada olmazdıq,” — deyə ABŞ lideri əlavə edib.