Tehran İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqlar prosesinin bərpasına hazırdır, lakin bunun üçün İrana hörmətlə yanaşılması şərtdir. DenMedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı The Guardian qəzetinə açıqlamasında bildirib.
Arakçi deyib ki, real nəticə verə biləcək yeganə vasitə diplomatiyadır və qeyd edib ki, vasitəçilər tərəfindən ABŞ prezidenti Donald Tramp administrasiyası ilə danışıqların bərpası barədə yeni müraciətlər daxil olub.
Nazirin sözlərinə görə:
“Diplomatiyadan qaçan İran deyildi, danışıqlar zamanı öz iradəsini diktə etməyə çalışan Amerika və Qərb ölkələri idi. Diplomatiya hələ də mövcuddur və mübahisələrin həlli üçün əsas vasitə olaraq qalır, lakin onun meyarlarına, qaydalarına və prinsiplərinə əməl edilməlidir.”
Abbas Arakçı əlavə edib:
“Əgər onlar İran xalqı ilə ləyaqət və hörmət dilində danışsalar, cavabı da eyni dildə alacaqlar.”

