İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-la danışıqlarda iştirak etmək üçün Omanın paytaxtı Maskata yola düşüb.
Bu barədə cümə axşamı İranın Press TV telekanalı məlumat yayıb.
Telekanalın yaydığı xəbərə görə, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, nazir və onun danışıqlar qrupu cümə günü ABŞ-la nüvə proqramı üzrə planlaşdırılan görüşlər üçün Maskata istiqamət alıblar.
İran XİN nümayəndəsi bildirib ki, İranın xarici işlər naziri və danışıqlar heyəti ABŞ-la nüvə proqramı üzrə nəzərdə tutulan danışıqlar üçün Maskata yola düşür.

