İsfahan Texnologiya Universiteti ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb.
Bu barədə təhsil müəssisəsinin mətbuat xidməti məlumat yayıb, xəbəri Fars agentliyi çatdırıb.
Məlumata görə, hücum nəticəsində dörd əməkdaş xəsarət alıb.
Bildirilir ki, zərbə gündüz saatlarında endirilib və bu, son günlər ərzində universitetə edilən ikinci hücumdur.
Agentliyin məlumatına əsasən, hücumun hədəfi tədqiqat institutlarından biri olub, lakin nəticədə digər binalara da ziyan dəyib.

