İranın paytaxtı Tehranın mərkəzində yerləşən və ölkənin aparıcı texniki ali təhsil müəssisələrindən biri hesab olunan İran Elm və Texnologiya Universiteti hava hücumuna məruz qalıb.
Bu barədə məlumatı Mehr agentliyi yayıb.
Məlumata görə, universitetə hücum İsrail və ABŞ qüvvələri tərəfindən həyata keçirilib.
“Hədəf ölkənin ən önəmli texniki ali təhsil ocaqlarından biri olub.”
Hadisənin detalları və mümkün nəticələri ilə bağlı əlavə məlumatlar hələ açıqlanmayıb.

