ABŞ və İran arasında Cenevrədə keçirilən danışıqların ikinci raundu mühüm irəliləyişlə başa çatıb.
Bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.
Məlumata görə, görüşlər “çox ciddi” formatda keçib və bir sıra ümumi məsələlər üzrə tərəflər qarşılıqlı anlaşmaya nail olublar.
Tərəflər detallı müzakirələri paytaxtlarda əlavə məsləhətləşmələrdən sonra davam etdirmək barədə razılığa gəliblər. Danışıqlar Cenevrədə baş tutub.

