ABŞ Prezidenti Donald Tramp Kiyev üçün raket istehsalının lisenziyalaşdırılması təşəbbüsü ilə ölkənin müdafiə şirkətlərinə müraciət etməyi planlaşdırır.
Bu barədə Bloomberg məlumat yayıb.
Nəşrin məlumatına görə, raketlərin istehsalı Avropada və Ukrayna ərazisində təşkil oluna bilər.
Mənbələr bildirirlər ki, Ukraynanın ballistik təhdidlərdən müdafiə olunmaq üçün raket əleyhinə sistemlərə və tutucu raketlərə ehtiyacı var.
Eyni zamanda ABŞ öz hərbi ehtiyatlarının azalması və istehsalın artırılması zərurəti ilə üzləşib.
Vaşinqton bu addımları müvəqqəti həll yolu kimi nəzərdən keçirir.
Bununla yanaşı, ABŞ-ın texnologiyaların və istehsal lisenziyalarının ötürülməsi məsələsinə ehtiyatlı yanaşdığı vurğulanır.

