Ukrayna Yaxın Şərqdə ABŞ və İsrail tərəfindən yüksək texnoloji raketlərin intensiv istifadəsi səbəbindən raket çatışmazlığı ilə üzləşə bilər. Bu barədə The Wall Street Journal yazır.
Məlumata görə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin raketdən müdafiə layihəsinin direktoru Tom Karako bildirib ki, ABŞ son həftələrdə bir neçə il üçün nəzərdə tutulan raket ehtiyatını xərcləyib.
“Bu, məhdud milli resursdur və bizə dünyanın digər bölgələri üçün lazımdır.”
Analitiklərin fikrincə, bu vəziyyət digər münaqişə bölgələrinə, o cümlədən Ukraynaya təsir göstərə bilər.

