ABŞ Silahlı Qüvvələri İran ərazisinə növbəti aviazərbələr seriyasına başlayıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhdid yaratmaq imkanlarını zəiflətməkdir.
CENTCOM bildirib ki, zərbələr, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu “cəzalandırmaq” məqsədi daşıyır. Buna səbəb kimi ötən gecə İordaniyada ABŞ hərbçilərinə edilən hücumlar göstərilib.

