İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Tehranın ABŞ Prezidenti Donald Trampın oğluna sui-qəsd hazırlaması ilə bağlı ittihamları rədd edib.
“Əl-Manar” telekanalına müsahibəsində Rezai bu iddiaları İsrailin Baş naziri Benyamin Netanyahunun uydurması adlandırıb.
Onun sözlərinə görə, Trampın oğluna qarşı ehtimal olunan sui-qəsd planı barədə məlumatlar saxtadır və ABŞ Prezidentinə təzyiq göstərmək məqsədi daşıyır.
“Trampın oğluna qarşı sui-qəsd planı ilə bağlı iddia Netanyahunun ABŞ Prezidentini aldatmaq və qorxutmaq üçün ortaya atdığı böyük bir yalandır”, – Rezai bildirib.

İran rəsmisi eyni zamanda diqqətçəkən açıqlama verərək bildirib ki, Tehran Trampın oğlu ilə bağlı hər hansı qərar qəbul edərsə, onun həyata keçirilməsinə heç nəyin mane ola bilməyəcəyini iddia edib.
Rezai bununla belə, hazırda yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayaraq, “Bu xəbər sadəcə Netanyahunun uydurmasıdır” deyib.

