İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı və ali liderin hərbi müşaviri Möhsün Rezaini Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edib.
Mehr agentliyinin məlumatına görə, Rezai bu vəzifədə Məhəmməd Baqer Zülqədrini əvəzləyib.
Zülqədr isə İranın ali lideri Müctəba Xameneinin siyasi məsələlər üzrə müşaviri vəzifəsinə keçib.
Möhsün Rezai 1981–1997-ci illərdə SEPAH-ın baş komandanı olub.

