Türkiyə tərəflər danışıqlar masasına qayıtmağa hazır olduqlarını təsdiqləyəcəkləri təqdirdə, Ukrayna üzrə yeni danışıqlar raundunu İstanbulda təşkil etməyə hazırdır.
Bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqlar qısa müddət ərzində təşkil oluna bilər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan 17 iyulda Kiyevə səfərinin yekunlarına dair açıqlamasında Ankaranın Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının keçirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.
O, həmçinin Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa və ölkə rəhbərliyinin digər nümayəndələri ilə Rusiya-Ukrayna münaqişəsindəki mövcud vəziyyəti müzakirə etdiyini deyib.
Hakan Fidan 15–16 iyul tarixlərində Ukraynaya rəsmi səfər edib. Səfərin əsas məqsədinin Kiyevin Moskva ilə münaqişənin həlli perspektivlərinə dair mövqeyini aydınlaşdırmaq olduğu bildirilib.
Fidan Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Ankaranın Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyi planlaşdırdığını açıqlayıb. Bu zəmanətlərin quru, hava və dəniz komponentlərini əhatə edəcəyi qeyd olunub.

