Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Türkiyə–İran ikitərəfli münasibətləri, eləcə də regionda artan gərginlik müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə İranla ABŞ arasında gərginliyin azaldılması və mövcud problemlərin həlli məqsədilə vasitəçi rolunu oynamağa hazırdır. O, həmçinin bu gün İranın xarici işlər naziri ilə görüş keçirəcəyini də qeyd edib.

