İranda kürd qruplaşmasının İraqla sərhəddə yerləşən bölgədə kənd sakinlərinə hücum etdiyi bildirilir.
Denmedia.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. Qeyd olunub ki, hadisə iranın Kürdüstanının Marivan rayonunun Dari kəndində baş verib.
Məlumata əsasən, hücum fermalarda işlərini başa vurduqdan sonra evlərinə qayıdan kəndlilərə qarşı həyata keçirilib. Hadisə nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.
“Mehr” qeyd edir ki, Dari kəndində daha əvvəl də oxşar insident yaşanıb. Belə ki, 2018-ci ildə kənddə yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bazası kürd qruplaşmasının hücumuna məruz qalmışdı.
Mənbə-Globalinfo.az

