İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölmələri İordaniya ərazisində yerləşən ABŞ-nin Əl-Əzraq aviabazasına hücum edib.
Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Agentlik hadisənin hansı tarixdə və saatda baş verdiyini açıqlamayıb.
Mənbənin məlumatına görə, hücum nəticəsində bazadakı bir neçə obyekt vurulub.
F-18 döyüş təyyarələrinin dayandığı ərazi, hərbi qulluqçuların yaşadığı kompleks, eləcə də ABŞ qüvvələrinin hərbi texnika və silahlarının saxlanıldığı böyük anqar zədələnib.
Dağıntıların miqyası və hərbçilər arasında ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Xəbər yayılan zaman ABŞ tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verməyib. İran rəsmiləri də bu hücumla bağlı bəyanat yaymayıblar.

