İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın siyasətçi Nizaməddin Musəvi bəyan edib ki, İraqda baş verən son hadisələr Tehrana qurudan hücuma zəmin yarada bilər.
DenMedia.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı yazıb.
Musəvinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İraqa yeni təyin olunmuş xüsusi nümayəndəsi Savaya Həşdi-Şabi qruplaşmasının ləğvini tələb edib.
“Bu layihənin nəticəsi Suriya modelinin İraqda müxalifət ünsürləri vasitəsilə həyata keçirilməsi olacaq“, – siyasətçi vurğulayıb.
Son vaxtlar İran rəsmiləri tərəfindən yeni müharibə ilə bağlı deyilənlər və N.Musəvinin bu açıqlaması regionda gərginliyi artırıb.
Qeyd edək ki, Həşdi-Şabi İraqın şiə yarımhərbi təşkilatıdır və tamamilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətindədir. 2014-cü ildə yaradılan təşkilat təxminən 200 min döyüşçüdən ibarət müxtəlif silahlı qrupların çətir təşkilatıdır.(Globalinfo.az)

