Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan Məkkə Müdafiə İttifaqı Yaxın Şərqdə yeni təhlükəsizlik balansı ilə bağlı müzakirələrə səbəb olub.
“South China Morning Post”un yazdığına görə, Suriyanın da bu müdafiə formatına qoşulması ehtimalı gündəmdədir. Nəşrin istinad etdiyi ekspertlər hesab edirlər ki, İsrailin Suriyada Türkiyənin hərbi təsirini məhdudlaşdırmağa yönəlmiş addımları əks nəticə verərək Dəməşqi yeni müdafiə ittifaqına yaxınlaşdıra bilər.
Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani də ölkəsinin Məkkə Müdafiə Sazişinə qoşulmaq imkanını nəzərdən keçirdiyini bildirib. Hələlik Dəməşqin üzvlüyü ilə bağlı yekun qərar yoxdur.
Qeyd edək ki, Məkkə Birgə Müdafiə Sazişi avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanıb. Sazişə əsasən, üç dövlətdən birinə silahlı hücum bütün üzvlərə hücum kimi qiymətləndiriləcək.
Denmedia.az

