Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasında formalaşan hərbi-müdafiə alyansına qoşulmaq niyyətindədir.
Bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunur ki, ötən ilin sentyabrında imzalanmış razılaşma kollektiv müdafiə prinsipini nəzərdə tutur: iştirakçılardan birinə qarşı istənilən təcavüz hamısına qarşı hücum kimi qiymətləndirilir. Bu mexanizm NATO-nun 5-ci maddəsinə bənzər şəkildə işləyir.

