Suriyada yeni nazirlər kabineti formalaşdırılır.
Den.az xəbər verir ki, keçid hökumətinin xarici işlər naziri Əsaad Həsən əş-Şibani və müdafiə naziri Murxaf Əbu Kasra yeni kabinetdə öz vəzifələrini saxlayıblar.
Daxili İşlər naziri vəzifəsinə Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Anas Həsən Xattab təyin edilib.
Hind Kabvat adlı qadın Suriyanın yeni sosial işlər və əmək naziri təyin edilib. Hind Kabavat Bəşər Əsəd hakimiyyətinin ən sərt tənqidçisi kimi də tanınıb.