Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatı – husilər Qırmızı dəniz sahilində yerləşən əyalətlərdə daha 6 rayonu nəzarətə götürdüyünü bildirib.
“Al Masirah” telekanalının məlumatına görə, husilərin hərbi sözçüsü Yəhya Səriə əməliyyat nəticəsində Taiz və Hudeydə əyalətlərində ümumilikdə 5,4 min kvadratkilometr ərazinin ələ keçirildiyini deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanını dəstəkləyən qüvvələr altı rayondan çıxarılıb və həmin ərazilər hazırda husilərin nəzarətindədir.
Yəhya Səriə bildirib:
“Əməliyyat zamanı Səudiyyə tərəfinin qüvvələri Taiz və Hudeydə əyalətlərində ümumi sahəsi 5,4 min kvadratkilometr olan altı rayondan çıxarıldı. Hazırda bu ərazilər təhlükəsizdir və nəzarətimiz altındadır.”
Qeyd edək ki, məlumat husilərin öz açıqlamasına əsaslanır.

