Yəmənin “Ənsar Allah” hərəkatına bağlı husilər Səudiyyə qüvvələrinin Moxa şəhəri və Marib vilayətindəki mövqelərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıblar.
Hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın sözlərinə görə, hücumların hədəfi Səudiyyə qüvvələrinin cəmləşdiyi ərazilər, silah anbarları və qərargahlar olub.
Səriya bildirib ki, zərbələr nəticəsində onlarla ölən və yaralanan var, onların arasında Səudiyyə Ərəbistanı vətəndaşlarının da olduğu iddia edilir.
Husilərin nümayəndəsi hərəkatın Səudiyyə qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirəcəyini vurğulayıb və Ər-Riyadı münaqişəni daha da gərginləşdirməkdə ittiham edib.
Bundan başqa, husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfində döyüşən yəmənlilərə silahı yerə qoyaraq qarşı tərəfin sıralarını tərk etməyə çağırış ediblər.

