Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatının (husilər) qüvvələri hökumətyönlü ordu ilə döyüşlərdən sonra Moha şəhərinə nəzarəti ələ keçiriblər.
Bu barədə RİA Novosti-yə hərəkatın siyasi bürosunun üzvü Xuzam əl-Əsəd bildirib.
Onun sözlərinə görə, husilər Moha ilə yanaşı, Bab əl-Məndəb boğazındakı Perim adasına, Taiz əyalətinin Bab əl-Məndəb rayonuna və Qırmızı dənizdə Yəmənə məxsus bütün adalara nəzarəti ələ keçiriblər.
“Moha şəhəri qüvvələrimizin tam nəzarətinə keçib. Bab əl-Məndəb boğazındakı Perim adası, Taiz əyalətinin Bab əl-Məndəb rayonu və Qırmızı dənizdəki bütün Yəmən adaları da nəzarətimizdədir”, – Xuzam əl-Əsəd bildirib.

